Deputat: "20-30 min sakini olan bəzi ərazilərdə bankomat yoxdur"

Deputat: "20-30 min sakini olan bəzi ərazilərdə bankomat yoxdur"
# 29 dekabr 2020 11:55 (UTC +04:00)

“Əhalinin əsas narahatlıqlarından biri bir çox kəndlərdəki bankomatlara pul qoyulmamasıdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, əhali pensiyanı bankomatlardan götürə bilmir: “Bu bankomatlar qoyulubsa, onlara pul qoyulsun. Digər tərəfdən 20-30 min nəfər sakini olan ərazilərdə heç bankomatlar da yoxdur. Bunun üçün onlar rayon mərkəzinə getməyə məcbur olurlar. Bu işlər camaatı narazı salır".

Sədr Sahibə Qafarova isə dəqiq məlumatın katibliyə verilməsini istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR