Deputat: “Layihədə avtoxuliqanlıq xətasının törədilmə üsulları dəqiq müəyyən edilir”

Deputat: “Layihədə avtoxuliqanlıq xətasının törədilmə üsulları dəqiq müəyyən edilir”
# 01 fevral 2021 17:13 (UTC +04:00)

“Prezident İlham Əliyev tərəfindən təqdim edilən qanun layihələrinin məqsədi yol hərəkəti və təhlükəsizliyi qaydalarının təkmilləşdirilməsidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov deyib.

Deputat bildirib ki, təklif edilən yeniliklər bir neçə istiqamətdə qruplaşdırıla bilər: “Birincisi, sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır. Belə ki, Dövlət Yol Polisi əməkdaşları bu məlumatları bort-kompüterlər vasitəsilə yoxlayacaqlar. İkinci əsas istiqamət və ictimaiyyətdə geniş müzakirələrə səbəb olan dayanma və durma qaydalarının pozulması ilə bağlıdır. Layihədə qeyd edilir ki, sürücü eyni inzibati xətanın gün ərzində törədilməsinə görə inzibati məsuliyyətə cəlb oluna bilməz. Burada bir məsələyə aydınlıq gətirmək istəyirəm. Çünki burada nəzərdə tutulan müddəa uzanan inzibati xəta anlayışı ilə bağlıdır. Misal üçün avtomobil dayanma və durma qaydasını pozub, 20 manat məbləğində cərimə edilib. 24 saat ərzində həmin avtomobilə eyni xətaya görə cərimə yazıla bilməz. Ancaq sürücü avtomobili əyləşib, həmin gün həmin yerdə təkrar və ya başqa bir yerdə dayanma və durma qaydalarını pozarsa, bu onu məsuliyyətdən azad etmir.

Digər vacib məqam isə kiçik-yol nəqliyyat hadisələri ilə bağlı icraatın sadələşdirilməsi ilə bağlıdır. Bildiyiniz kimi, hazırda İnzibati Xətalar Məcəlləsində avtoxuliqanlıq xətasının anlayışı geniş nəzərdə tutulduğu üçün təcrübədə çətinliklərə, o cümlədən hüquq mühafizə orqanları və sürücülər arasında fərqli şərhlərə səbəb olur. Layihədə avtoxuliqanlıq xətasının törədilmə üsulları dəqiq müəyyən edilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR