Dövlət qulluğuna imtahan verən şəxsdə səsötürücü qurğu aşkarlanıb

Dövlət qulluğuna imtahan verən şəxsdə səsötürücü qurğu aşkarlanıb
  • Clock-gray 17:47
  • calendar-gray 19 Fevral 2021

Bu gün keçirilən inzibati rəhbər (A növü) vəzifələrə aid qruplar üzrə dövlət qulluğuna qəbul imtahanında hazırda dövlət qulluqçusu olmayan və dövlət orqanlarının birində müqavilə əsasında çalışan 1 namizədin üzərində səs ötürücü qurğu tapılıb.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, həmin namizəd ötürücüdən istifadə etməyə çalışarkən bu hal zal nəzarətçiləri tərəfindən aşkar olunub və müvafiq protokol tərtib olunmaqla namizəd imtahandan kənarlaşdırılıb. Həmin şəxslə bağlı müvafiq dövlət orqanına da müraciət olunacaq.

Günay Elşadqızı

Digər xəbərlər