Epidemiya əleyhinə, gigiyena və karantin rejiminin pozulmasına görə inzibati xətaların statistikası aparılacaq

Epidemiya əleyhinə, gigiyena və karantin rejiminin pozulmasına görə inzibati xətaların statistikası aparılacaq
# 02 iyul 2020 11:43 (UTC +04:00)

Azərbaycanda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati xətalar haqqında işlərin statistikası aparılacaq.

APA-nın məlumatına görə, bu, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin qərarı ilə təsdiq edilmiş “Birinci instansiya məhkəmələrində baxılmış inzibati xətalar haqqında işlər barədə” 3 №-li (yarımillik, illik) rəsmi statistika hesabatı fоrmаsında edilən dəyişiklikdə əksini tapıb.

Qərar iyul ayının 1-dən qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR