FHN Akademiyası onlayn seminar keçirib

FHN Akademiyası onlayn seminar keçirib
# 19 fevral 2021 12:49 (UTC +04:00)

Fevralın 19-da “Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kursantlarının mənəvi-psixoloji hazırlığının artırılması yolları” mövzusunda onlayn seminar keçirilib.

APA-nın nazirliyin saytına isinadən verdiyi məlumata görə, tədbirin iştiakçıları əvvəlcə Vətən müharibəsindəki döyüşlərdə həlak olmuş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Seminarı giriş sözü ilə açan Akademiyanın rəis müavini polkovnik İlham Babaşov Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 2020-ci ilin sentyabrın 27-dən başlanan uğurlu əks-hücum əməliyyatından danışaraq müharibənin böyük zəfərlə başa çatdığını diqqətə çatdırıb. Rəis müavini gənc nəslin, o cümlədən kursantların vətənpərvərlik ruhunun və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinin vacibliyini qeyd edib.

FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibbi və Psixoloji yardımın təşkili şöbəsinin rəisi mayor Xanım Sofiyeva seminarın əhəmiyyətini və mövzunun aktuallığını xüsusilə qeyd edərək seminarda iştirak edən komandirlərə tabeçiliklərində olan şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması yolları barədə tövsiyələr verib.

Tədbirin sonunda aidiyyəti struktur bölmələrinin rəhbərləri məruzələrlə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR