Fevralın 1-dən koronavirusa yoluxan şagirdlərin və işçi heyətin sayı açıqlanıb

Fevralın 1-dən koronavirusa yoluxan şagirdlərin və işçi heyətin sayı açıqlanıb
# 18 mart 2021 16:20 (UTC +04:00)

Fevralın 1-dən gündəlik əsasda Səhiyyə Nazirliyi, GEM-dəki həmkarlarla rəqəmləri izləyirik, bunun nə qədər kütləvi yoluxma yaratma riski qiymətləndirilir. Məktəbin daxilində kütləvi yoluxma olanda distant təhsilə keçir.

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Onun sözlərinə görə, fevralın 1-dən 164 ibtidai sinif şagirdi virusa yoluxub, bunların hamısı məktəbdə olmayıb. Virusa yoluxanlardan 282-si V-IX sinif şagirdidir. Məktəbəhazırlıq qruplarında isə 23 nəfər yoluxub. İşçi heyət arasında virusa yoluxanların sayı 714 nəfərdir.

Ümumilikdə 626 sinif distant təhsilə keçib, onlardan 233-ü geri qayıdıb, 393 sinif hazırda distant təhsildədir, 48 məktəb distanta keçib, onların 41-i hazırda distantdadır, 7 məktəb ənənəvi tədrisə qayıdıb. Biz məktəblərin hibrid formada davam etməsini istəyirik, bunun üçün kifayət qədər səy göstərilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR