Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndində Şərq çinarları əkilib

Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndində Şərq çinarları əkilib
# 11 noyabr 2020 17:46 (UTC +04:00)

Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanlığının təşəbbüsü ilə “Gələcəyə nəfəs ol!” şüarı altında keçirilən kütləvi ağacəkmə aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın bütün bölgələrində olduğu kimi Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də ağac əkilib.

APA xəbər verir ki, bunu jurnalistlərə Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, ETSN-nin əməkdaşları tərəfindən ərazidə əsasən Şərq çinarları əkilib və palıd toxumları səpilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR