Gələn il üçün Milli Məclisin xərclər smetası açıqlanıb

Gələn il üçün Milli Məclisin xərclər smetası açıqlanıb
# 21 dekabr 2020 21:24 (UTC +04:00)

Gələn ili üçün Milli Məclisin xərclər smetası 42 milyon 270 min 400 manat olacaq.

APA-nın məlumatına görə, bu, "Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il üçün xərclər smetası haqqında" qanun layihəsində əksini tapıb.

Bu vəsaitdən ştatda olan işçilərin əməkhaqqına 22 milyon 577 min 364 manat olmaqla, əməyin ödənişi üçün 34 milyon 492 min 90 manat, o cümlədən deputatların əməkhaqqına 5 milyon 382 min 624 manat, Milli Məclis Aparatı üzrə əməkhaqqına 7 milyon 671 min manat, deputat köməkçilərinin əməkhaqqına 2 milyon 250 min manat, Milli Məclisin İşlər İdarəsi üzrə əməkhaqqına 4 milyon 587 min 720 manat, dövlət qulluğu ilə əlaqədar əlavələrə 2 milyon 258 min 340 manat, ştatdan kənar işçilərin əməkhaqqına 37 min 800 manat, əməyin ödənişi ilə bağlı digər pul ödənişlərinə 4 milyon 971 min 140 manat, əməkhaqqına görə ayırmalara 6 milyon 905 min 786 manat, ezamiyyə xərcləri üçün 870 min manat, ekspertlərin əməkhaqqına 427 680 manat nəzərdə tutulub. Xərclər smetasında nəqliyyat vasitələri üçün 300 min manat da ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR