Gəncədə vaksinasiya prosesi davam edir

Gəncədə vaksinasiya prosesi davam edir
# 01 aprel 2021 18:20 (UTC +04:00)

Gəncədə “COVİD-19”-a qarşı vaksinasiya peyvəndləmə prosesi davam edir.

APA-nın xəbərinə görə, Gəncədə yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndləmə prosesinə yanvarın 21-dən başlanılıb. Bu da Gəncə şəhər əhalisi tərəfindən müsbət qarşılanıb. Sakinlər əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən dövlət siyasətini dəstəklədiklərini qeyd edib, COVID-19”a qarşı ölkədə aparılan mübarizə tədbirlərinə görə dövlət başçısı İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını çatdırıblar.

Qeyd edək ki, Cənubi Qafqaz regionunda ilk olaraq Azərbaycanda əhalinin vaksinasiyasına başlanılıb. Mərhələli şəkildə keçirilən peyvəndləmə prosesi zamanı xoşagəlməz hal qeydə alınmayıb. Həkimlər də vətəndaşları peyvənd olunmağa, öz və yaxınlarının sağlamlığının qeydinə qalmağa çağırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR