Gənclər Fondu sərhədyanı ərazilərdə yaşayan gənclərə güzəştli kreditlər ayıracaq

Gənclər Fondu sərhədyanı ərazilərdə yaşayan gənclərə güzəştli kreditlər ayıracaq
  • Clock-gray 17:37
  • calendar-gray 01 Aprel 2020

Gənclər Fondunun vəsaitlərindən istifadə istiqamətləri artırılıb.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.

Qaydaya əlavə edilən yeni yarımbəndə əsasən, Gənclər Fondunun vəsaitlərindən istifadə istiqamətləri sırasına sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, o cümlədən fermer təsərrüfatı və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərə güzəştli kreditlərin ayrılması daxil edilib.

 

 

apa-logo-mini

Digər xəbərlər