Hikmət Hacıyev: “Koronavirusla mübarizədə tibb personalımızın əsgərlərimizin müalicəsinə cəlb olunduğunu nəzərə almalıyıq”

Hikmət Hacıyev: “Koronavirusla mübarizədə tibb personalımızın əsgərlərimizin müalicəsinə cəlb olunduğunu nəzərə almalıyıq”
# 19 noyabr 2020 14:13 (UTC +04:00)

“Bütün vətəndaşlardan xahiş edirik ki, sosial məsafəni gözləsinlər və maskadan istifadəyə xüsusi diqqət yetirsinlər”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Operativ Qərargahın üzvü, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, koronavirusdan qorunma üçün bu, vacibdir: “Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur. Vətəndaşlarımıza qapalı məkanlardan keçirilən ictimai tədbirlərdən kənar durmaq da xahiş olunur. Tibb personalımızın əsgərlərimizin müalicəsinə cəlb olunduğunu nəzərə almalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR