I qrupda bu il 611 nəfər 600 baldan yuxarı bal toplayıb

I qrupda bu il 611 nəfər 600 baldan yuxarı bal toplayıb
# 14 sentyabr 2020 15:32 (UTC +04:00)

"Plan yerləri azalsa və müsabiqəyə buraxılanların sayı 1000 nəfər çox olsa da, I qrupda olan müsabiqə vəziyyəti keçənilki kimi gözlənilir. İstək yüksək olan ixtisaslara keçid balları ola bilsin ki, keçən illə müqayisədə fərqli olsun".

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, I qrupda bu il 600 baldan yuxarı bal toplayanların sayı 611 nəfər olub, ötən il bu rəqəm 553 nəfər idi: "500-dən yuxarı bal toplayanların sayı 1903 nəfərdir, keçən il 1864 idi. Amma 400 baldan yuxarı bal toplayanlar bu il 3931, keçən il 3935 idi, təxminən eynidir, 400 baldan aşağı olanların sayı da keçən illə təxminən eyni səviyyədə olub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR