İctimai işlərə cəlb olunan şəxslər elektron nəzarət vasitəsi gəzdirəcək

İctimai işlərə cəlb olunan şəxslər elektron nəzarət vasitəsi gəzdirəcək
  • Clock-gray 11:32
  • calendar-gray 29 İyun 2020

Azərbaycanda ictimai işlərə cəlb olunan şəxslər elektron nəzarət vasitəsi gəzdirəcək.

APA-nın məlumatına görə, bu Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Məcəlləyə təklif edilən maddəyə əsasən, məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Ramiz Mikayıloğlu

Digər xəbərlər