İlin sonuna kimi 102 məktəbdə təmir-tikinti işləri yekunlaşacaq

İlin sonuna kimi 102 məktəbdə təmir-tikinti işləri yekunlaşacaq
# 14 iyul 2020 10:26 (UTC +04:00)

2020-ci ilin sonuna kimi Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 102 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onlardan 29-u yeni tikilən, 13-ü əsaslı təmir olunan, 60-ı isə modul tipli məktəbdir.

Bu barədə APA-ya Təhsil Nazirliyindən bildirilib.

Modul tipli məktəblərin Quba, Qusar, Xaçmaz, İsmayıllı, Ağsu, Şamaxı, Şəki, Tovuz, Gədəbəy, Bərdə, Neftçala, Cəlilabad, Lerik, Astara, Goranboy, Xızı, Samux, İmişli, Füzuli və Ağdamda quraşdırılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR