İşğaldan azad edilmiş ərazilərdə balıqçılığın bərpası üçün işlər görülür

İşğaldan azad edilmiş ərazilərdə balıqçılığın bərpası üçün işlər görülür
# 11 mart 2021 11:59 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə balıqçılığın inkişaf etdirilməsi məqsədilə balıqçılıq təsərrüfatlarının yaradılması üçün münasib yerlər müəyyənləşdirilir.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun iclasında bildirilib.

İclasda qeyd edilib ki, həmçinin mövcud olmuş və dağıdılmış təsərrüfatların bərpası üçün də işlər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR