İşğaldan azad edilmiş ərazilərdə icra hakimiyyəti və digər dövlət orqanlarının strukturları yaradılır

İşğaldan azad edilmiş ərazilərdə icra hakimiyyəti və digər dövlət orqanlarının strukturları yaradılır
# 30 yanvar 2021 10:29 (UTC +04:00)

Azərbaycan Respublikasının aidiyyəti mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanları işğaldan azad edilmiş ərazilərində sektorlar və istiqamətlər üzrə 2022-2025-ci illəri əhatə edən dövrdə (hər il üzrə ayrılıqda) bərpa və yenidənqurma işlərinin aparılması üçün tələb olunan vəsait barədə təkliflər hazırlayacaq.

APA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması barədə" sərəncamda öz əksini tapıb.

Sərəncama əsasən, hazırlanan təkliflər 2021-ci il martın 1-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim ediləcək.

Eyni zamanda Azərbaycan Respublikasının aidiyyəti mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanları işğaldan azad edilmiş ərazilərində mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanlarının müvafiq strukturlarının yaradılması və onların maliyyələşdirilməsi ilə bağlı tələb olunan vəsaitə dair təkliflərini 2021-ci ilin martın 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR