Laçın rayonunda hərbçilərə bayram sovqatı çatdırılıb - FOTO

Laçın rayonunda hərbçilərə bayram sovqatı çatdırılıb - FOTO
# 29 dekabr 2020 14:40 (UTC +04:00)

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsinin işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçulara dəstək aksiyası davam edir.

APA-nın yerli bürosunun məlumatına görə, aksiya çərçivəsində bu gün Laçın rayonunun işğaldan azad edilmiş ərazilərində xidmətini davam etdirən hərbçilərə bayram sovqatı çatdırılıb.

“Bravo” supermarketlər şəbəkəsinin əməkdaşları erməni silahlı birləşmələrindən azad edilmiş ərazidə xidmət aparan Azərbaycan hərbçilərinə müxtəlif qida məhsulları, gündəlik tələbat malları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bayram sovqatı paylayıblar.

Hərbçilər ordunun təminatının daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən dəstək aksiyasına, bayram sovqatına görə təşəkkür ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR