Laçın sakini: "1992-ci ildə çıxdığımız maşınla Laçına qayıdacağıq"

Laçın sakini: "1992-ci ildə çıxdığımız maşınla Laçına qayıdacağıq"
# 01 dekabr 2020 12:38 (UTC +04:00)

"1992-ci il may ayının 18-də bu maşınla Laçından çıxmışıq".

Bunu APA-ya açıqlamasında Laçın rayon Pircahan kəndi sakini Temiran Kərimov deyib. O bildirib ki, rayon işğal olunanda ailəlikcə bu maşınla Laçından çıxıblar:

"Ogündən düz 28 ildir ki, bu maşını saxlamışıq. Bu maşın - "QAZ-69" 1962-ci ilin istehsalıdır. İnanırdım ki, bir gün mütləq qayıdacağıq. Ona görə də köhnə olsa da saxlayırdım. Biz bu günü səbrsizliklə gözləyir və bu günün yetişəcəyinə inanırdıq. Şükür olsun, Allah bizə bu günü nəsib elədi. İnşallah bu maşınla da Laçına qayıdacağıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR