MEK-in yeni direktoru kollektivə təqdim olunub

MEK-in yeni direktoru kollektivə təqdim olunub
# 23 noyabr 2020 16:40 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) yeni direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev bu gün kollektivə təqdim olunub.

MEK-dən APA-ya bildirilib ki, Məmməd Əliyev qeyd edib ki, MEK ölkənin kitabxanaçılıq tarixində müasir avadanlıqlarla təchiz olunan, respublikada milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik ən iri, universal təmayüllü, aparıcı elmi kitabxanadır.

O, hədəflərə çatmaq və nümunəvi kitabxana xidmətini formalaşdırmaq məqsədilə MEK-in strukturunda islahatların aparılmasının vacibliyini, elmi şuraların və elmi-tədqiqat labaratoriyalarının yaradılmasının mühüm olduğunu xüsusi qeyd edib.

Qeyd edək ki, M. Əliyev AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR