Millət vəkili: "Rəqabət Məcəlləsinin qəbulunun gecikməsi yolverilməzdir"

Millət vəkili: "Rəqabət Məcəlləsinin qəbulunun gecikməsi yolverilməzdir"
# 01 fevral 2021 12:11 (UTC +04:00)

“Rəqabət Məcəlləsinin qəbulunun gecikməsi yolverilməzdir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, bu məcəllə qəbul edilsə, çox müsbət dəyişikliklər olacaq: “Xüsusilə qeyri-neft sektorunun inkişafı üçün Rəqabət Məcəlləsinin qəbuluna ehtiyac var”.

Deputat qeyd edib ki, yanvarın 30-da Prezidentin fərmanına əsasən, dövlət nəzarət informasiya sistemi yaradılıb: “Qanunvericiliklə qanunlara nəzarət Milli Məclisdədir. Biz buna görə də qanunlara nəzarətin gücləndirilməsi üçün işlək mexanizmi tapmalıyıq. Biz qanunların təftişi ilə əlaqədar xüsusi işçi qrupları yaratmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR