Nazir: “5-9 sinif şagirdləri oktyabrın 1-dən məktəbə gedəcəklər”

Nazir: “5-9 sinif şagirdləri oktyabrın 1-dən məktəbə gedəcəklər”
# 27 avqust 2020 17:25 (UTC +04:00)

Sentyabrın 15-dən orta məktəblərin 5-9-cu siniflərində dərslər onlayn qaydada başlayacaq.

APA-nın məlumatına görə, bunu bu gün COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

E. Əmirullayev deyib ki, mart ayına qədər teledərslərin də davam etdirilməsi nəzərdə tutulub: “1 oktyabr tarixindən 5-9-cu siniflərin məktəbə əyani şəkildə dərsə gəlməsini planlaşdırırıq. Epidemioloji vəziyyət imkan verərsə, 1 milyon 300 min şagirdi uyğunlaşdırılmış qaydada tədrisə cəlb etməyi nəzərdə tuturuq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR