Nazir: “Rusiya və Azərbaycan arasında vaksinasiya sahəsində əməkdaşlıqla bağlı razılıq var”

Nazir: “Rusiya və Azərbaycan arasında vaksinasiya sahəsində əməkdaşlıqla bağlı razılıq var”
# 22 aprel 2021 10:01 (UTC +04:00)

“Rusiya ilə Azərbaycan arasında əhalinin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiyası sahəsində əməkdaşlıqla bağlı müəyyən razılıq mövcuddur”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiyanın səhiyyə naziri Mixail Muraşko deyib.

Onun sözlərinə görə, iki ölkə arasında həm əhalinin COVID-19 virusuna qarşı vaksinasiyası, həm də koronaviruslu xəstələrin müalicəsi ilə bağlı razılıq var: “Mən ötən il Azərbaycanda olmuşdum. Biz Azərbaycandan olan dostlarımıza koronavirusun müalicəsi ilə bağlı metodoloji tövsiyələrimizi vermişik və mütəxəssislərimiz Azərbaycana gedərək orada koronaviruslu xəstələrin müalicəsində iştirak ediblər. Ona görə də, Azərbaycandan olan həmkarlarımızda münasibətlərimizi çox isti, dostcasına qiymətləndirirəm. Hesab edirəm ki, səhiyyə sahəsində iki ölkə arasındakı münasibətlər çox effektli inkişaf edir”.

M. Muraşko ölkəsinin Azərbaycanla tibb sahəsində mütəxəssislərin hazırlanması sahəsində əməkdaşlıqdan da danışıb. Nazir vurğulayıb ki, İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti mütəxəssislərin hazırlanması sahəsində Azərbaycanla sıx əməkdaşlıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR