Nazirlik: V-VIII siniflər yenidən qiymətləndirmə üçün məktəbə müraciət edə bilər

Nazirlik: V-VIII siniflər yenidən qiymətləndirmə üçün məktəbə müraciət edə bilər
  • Clock-gray 17:50
  • calendar-gray 02 İyun 2020

"Məktəbdaxili qiymətləndirmə ilə bağlı Təhsil Nazirliyinin kollegiya qərarı var. Ancaq mövcud şəraitə görə yeni müvəqqəti qərar qəbul olunub. I sinif şagirdlərinin qiymətləndirilmə prosesi olmur. Digər siniflərin şagirdlərinin I yarımildə aldığı qiymət onun illik qiyməti hesab olunur". 

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini, sektor müdiri Orxan Abbasov bildirib.

Onun sözlərinə görə, burada müəyyən istisnalar var: "Bütün kateqoriyadan olan II-IV siniflərdə şagirdlərin qiymətinin düzəldilməsinə imkan verilmir. İbtidai sinifdə şagirdlərin sinifdə qalmasına imkan verilmir, şagird 2 qiyməti alsa da, növbəti sinfə keçirilir. Ancaq V-XI sinfə gəldikdə, IX-XI siniflərə qiyməti düzəltməyə imkan verilmir. 2 alsalar belə, buraxılış imtahanında iştirak edə bilərlər. V-VIII sinif isə yenidən qiymətləndirmə üçün məktəbə müraciət edə bilər. Əvvəlki qaydalarda 2 qiyməti aldıqda şagird sinifdə qalır, amma mövcud şəraitdə 2 alan şagirdlərə imkan yaradılır ki, avqustda onlar qiymətləndirmədə iştirak etsinlər. Orada olan suallar birinci yarımilin proqramına uyğun olacaq və aldığı qiymət illik qiymətləndirməsi hesab ediləcək. 3 və ya 4 alan şagirdlərin yenidən qiymətləndirilməsi II yarmilin proqramını əhatə edəcək, çünki onlar I yarimilə uyğun qiymətləndirilib".

Günay Elşadqızı

Digər xəbərlər