Niyazi Bayramova vaksinin ikinci dozası vurulub

Niyazi Bayramova vaksinin ikinci dozası vurulub
  • Clock-gray 13:30
  • calendar-gray 19 Mart 2021

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-də başlanan peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Strategiyaya əsasən hazırda 50 yaş və daha yuxarı şəxslərin COVID-19-a qarşı vaksinasiyası aparılır. 

APA-nın məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da COVİD-19-a qarşı peyvənd olunub. Ona ikinci doza vaksin vurulub. İcra başçısı vaksin vurulduqdan 30 dəqiqə sonra özünü yaxşı hiss etdiyi üçün xəstəxanadan buraxılıb. 

Xatırladaq ki, Gəncədə yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndləmə prossesinə yanvarın 21-dən başlanılıb və ilkin olaraq tibbi işçilərinin vaksinasiyası həyata keçirilib.

Hazırda proses davam edir.

Fuad Nazimoğlu

Digər xəbərlər