Noyabrın 9-da "ASAN xidmət” və "ASAN Kommunal" mərkəzləri işləməyəcək

Noyabrın 9-da "ASAN xidmət” və "ASAN Kommunal" mərkəzləri işləməyəcək
# 06 noyabr 2020 16:06 (UTC +04:00)

9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.

APA-nın məlumatına görə, bu barədə ASAN xidmətin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, vətəndaşlar 10 noyabr tarixindən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Xatırladaq ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR