Rusiya Vladimir Putin Uitkoff və Kuşnerlə Ukrayna münaqişəsinin həllinə aparan məsələləri müzakirə edəcək.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Qeyd edək ki, ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar nəticələrini müzakirə etmək üçün bu gün Rusiyaya səfər ediblər.
Amerikalı nümayəndələrin bu gün günün birinci yarısında Putin tərəfindən Kremldə qəbul ediləcəyi bildirilib.