Ötən il Azərbaycanda 35 576 nikah qeydə alınıb

Ötən il Azərbaycanda 35 576 nikah qeydə alınıb
  • Clock-gray 12:20
  • calendar-gray 25 Yanvar 2021

“Ötən il Azərbaycanda 35 576 nikah qeydə alınıb”.

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib.

Onun sözlərinə görə, 2018-ci ildən faktiki nikah münasibətində olan şəxslər müəyyən edilir, onların tibbi müayinədən keçmələri köməklik göstərilməklə nikahları dövlət qeydiyyatına alınır. 2020-ci ildə ildə də maarifləndirmə işi ilə faktiki nikahda olan 1 420 cütlük müəyyən edilib, onlardan tibbi müayinədən köməklik göstərilməklə 981-nin nikahı dövlət qeydiyyatlına alınıb. Erkən nikahla bağlı maarifləndirmə ilə 2020-ci ildə Ədliyyə Nazirliyinin qeytiyyat şöbələri tərəfindən nikaha daxil olmaq üçün müraciət edən 61 erkən nikah yaşında olan şəxs erkən nikah və qohumlar arasında nikahın həyat və sağlamlığa mənfi-psixoloji təsiri barədə məlumatlandırılıb, 53 maarifləndirmə işi həyata keçirilib. 

R.Kərimovanın sözlərinə görə, ötən il qeydiyyat şöbələri tərəfindən nikahın pozulması haqqında 1 182 ərizə qəbul edilib. Onlardan 1 550-si psixoloqla söhbətə cəlb edilib: "Qeydiyyat şöbələrində söhbətə cəlb edilmiş şəxslərdən 576 nəfər (288 cütlük) nikahın pozulmasından imtina edib".

 

Günay Elşadqızı

Digər xəbərlər