Ötən il koronavirusun yayılması təhlükəsi yaradan 42 nəfər həbs edilib

Ötən il koronavirusun yayılması təhlükəsi yaradan 42 nəfər həbs edilib
  • Clock-gray 14:20
  • calendar-gray 15 Mart 2021

2020-ci ildə xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə daxili işlər orqanları tərəfindən 367,6 min şəxs haqqında inzibati məsuliyyət tədbirləri görülüb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında qeyd edilib.

Hesabatda bildirilib ki, onlardan 366,5 min nəfəri cərimələnib, 1,1 min nəfəri isə həbs edilib.

İctimai iaşə obyektləri üçün müəyyən olunmuş iş rejimini pozan 482 şəxsə xəbərdarlıq edilib. Tətbiq olunmuş 44,6 mln. manat cərimənin 36%-nin ödənilməsi təmin edilib.

Karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma faktlarına görə 696 cinayət işi başlanılaraq 42 nəfər barəsində həbs, 4 nəfər barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 

Firuzə Vahid

Digər xəbərlər