Ötən il verilən elektron vizaların sayı açıqlanıb

Ötən il verilən elektron vizaların sayı açıqlanıb
# 11 fevral 2021 10:13 (UTC +04:00)

Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 12 mart tarixli qərarına əsasən “ASAN Viza” sistemi vasitəsilə elektron vizaların təmin edilməsi Azərbaycan Respublikasında koronavirus (COVID-19) virusunun yayılmasının qarşısını almaq məqsədi ilə dayandırılıb.

APA-nın məlumatına görə, koronavirus (COVID-19) virusunun yayılmasının qarşısını almaq məqsədi ilə ölkə ərazisində tətbiq edilən karantin dövrü ərzində Nazirlər Kabinetinin icazəsi əsasında xidməti zərurət ilə bağlı və ya yaxın qohumlarını ziyarət etmək məqsədi ilə Azərbaycana səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Heydər Əliyev Beynəlxalq Aeroportunda sistem vasitəsilə viza ilə təmin olunub.

Ümumilikdə sistem vasitəsilə 2020-ci il ərzində 80 402 elektron viza verilib ki, onlardan 43 044-ü beynəlxalq hava limanlarında özünəxidmət terminalları vasitəsi ilə verilib. Verilən vizalardan 10 032-si təcili viza olmaqla, 12 966-sı qrup vizasını təşkil edir. Ötən il ən çox müraciət etmiş ölkələr İran (10,24%), Hindistan (12,77%), Səudiyyə Ərəbistanı (14,13%), Pakistan (6,72%), Birləşmiş Ərəb Əmirlikləri (9,72%), Kuveyt (8,48%), Türkmənistan (4,01%), İsrail (4,70%), Birləşmiş Krallıq (3,10%), Almaniya (1,50%) olub. Ümumilikdə öyən il 60.674 viza verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR