Prezidentin köməkçisi: "Yanvarın 18-dən vaksinasiyanın birinci, fevralın 1-dən isə ikinci mərhələsinə başlanacaq"

Prezidentin köməkçisi: "Yanvarın 18-dən vaksinasiyanın birinci, fevralın 1-dən isə ikinci mərhələsinə başlanacaq"
# 16 yanvar 2021 11:34 (UTC +04:00)

“Azərbaycan ən təhlükəsiz və yüksək effektivliyə malik vaksin əldə edib”.

APA-nın məlumatına görə, bunu, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ş. Mövsümov deyib ki, Azərbaycana vaksinlərin ilk partiyası artıq gəlib: “Yanvarın 18-dən vaksinasiyanın 1-ci mərhələsi, fevralın 1-dən vaksinasiyanın 2-ci mərhələsi başlanacaq. İlk olaraq 65 yaşdan yuxarı olanlara vaksin vurulacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR