Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi və kommunal xidmət haqlarının ödənilməsi üçün xərclənən vəsait açıqlanıb

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi və kommunal xidmət haqlarının ödənilməsi üçün xərclənən vəsait açıqlanıb
# 16 may 2020 11:07 (UTC +04:00)

Keçən il sosialyönlü siyasətin digər vacib istiqamətləri kimi qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması, habelə onların bir qisminin istifadə etdikləri kommunal xidmət haqlarının dövlət büdcəsi hesabına ödənilməsi üçün 2019-cu ilin icmal və dövlət büdcələrindən üst-üstə 494,3 milyon manat vəsait ayrılıb.

APA-nın məlumatına görə, bu, “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabatda əksini tapıb.

Başqa sözlə, bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan 200,0 milyon manat, sosial müdafiə və sosial təminat bölməsindən 260,7 milyon manat, dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 33,6 milyon manat ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR