Qazaxda 6 məktəb koronavirusa görə bağlanıb, bir direktor rəhmətə gedib

Qazaxda 6 məktəb koronavirusa görə bağlanıb, bir direktor rəhmətə gedib
  • Clock-gray 12:04
  • calendar-gray 29 Mart 2021

Qazaxda 6 orta məktəb koronavirusa görə bağlanıb.

Bu barədə APA-nın yerli bürosuna Qazax Şəhər Təhsil Şöbəsindən bildirilib.

Rayonun 6 məktəbində COVID-19 infeksiyasına yoluxmalar təsdiq olunub.

Məktəblərdə müəllim və şagirdlər arasında koronavirusun yayılmasının qarşısını almaq üçün dərslərin iki həftəlik distant davam etdirilməsi qərara alınıb.

Bundan əlavə, Qazax rayon Aslanbəyli kənd orta məktəbinin direktoru, 1956-cı il təvəllüdlü Dilqəm Məmmədov COVID-19-dan vəfat edib. Hazırda onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, ötən gün Gəncə şəhəri 13 nömrəli məktəbin direktoru Hüsnay Mövlayeva da koronavirusun qurbanı olub.

Fuad Nazimoğlu

Digər xəbərlər