Qərargah: Son günlər koronavirusa yoluxma ilə bağlı rəqəmlər 10-20 nəfər artır

Qərargah: Son günlər koronavirusa yoluxma ilə bağlı rəqəmlər 10-20 nəfər artır
# 02 aprel 2020 11:51 (UTC +04:00)

"Son günlər bütün respublika ərazisində virusun aşkarlanması olur".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, artıq rəqəmlər son günlər 10-20 nəfər artır: "Bütün bölgələrdə test aparılır. Məqsəd virusa yoluxan şəxsləri tez aşkarlamaq, onları və ətrafındakıları izolyasiya etməkdir. Artıq ölkədə insanlar arasında yoluxma var. Bu gün təkcə xaricdən gəlmə hadisələrindən danışmırıq".

Y. Qarayeva qeyd edib ki, bu gün tək qorunma yolu özünü izolyasiya yoludur: "Bunun xüsusi peyvəndi, dərmanı yoxdur. Hazırda bu xəstəlikdən qorunma yolu hər bir vətəndaşın özünü izolyasiya etməsidir" .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR