Quşçuluq broyler təsərrüfatının texniki sənədlərin tələblərinə əməl edilmədən fəaliyyət göstərdiyi aşkarlanıb

Quşçuluq broyler təsərrüfatının texniki sənədlərin tələblərinə əməl edilmədən fəaliyyət göstərdiyi aşkarlanıb
# 13 yanvar 2021 11:46 (UTC +04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında Agentliyin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Sülh küçəsi 1 ünvanında yerləşən, "Murad Aqro" MMC-yə məxsus quşçuluq broyler təsərrüfatında yoxlama həyata keçirilib.

AQTA-dan APA-ya verilən məlumata görə, keçirilən yoxlama zamanı quşçuluq broyler təsərrüfatının normativ texniki sənədlərin tələblərinə əməl edilmədən fəaliyyət göstərdiyi aşkar olunub. Müəssisədə istehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR