Readmissiyası həyata keçirilmiş şəxslərin sayı açıqlanıb

Readmissiyası həyata keçirilmiş şəxslərin sayı açıqlanıb
# 09 aprel 2020 16:18 (UTC +04:00)

Keçən illə bağlı readmissiya məsələləri üzrə statistik göstəricilər açıqlanıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında icmal hesabatda əksini tapıb.

Sənədə əsasən, 2019-cu ildə readmissiya sazişlərinə əsasən 480 sorğu (1001 şəxs barəsində) daxil olub. 346 sorğu (727 şəxs barəsində) müsbət cavablandırılıb, 122 sorğuya (252 şəxs barəsində) imtina cavabı verilib. 12 sorğu (22 şəxs barəsində) icradadır.

Readmissiyası həyata keçirilmiş şəxslərin sayı 457 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR