Şahmar Mövsümov: “Hazırda heç yerdə vətəndaşlarımız arasında ölkəyə gəlməklə bağlı gərginlik yoxdur”

Şahmar Mövsümov: “Hazırda heç yerdə vətəndaşlarımız arasında ölkəyə gəlməklə bağlı gərginlik yoxdur”
  • Clock-gray 12:29
  • calendar-gray 08 Avqust 2020

“Biz bu gün vətəndaşlarımızın xarici ölkələrdən gətirilməsi üçün əlimizdən gələni əsirgəmirik”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, bu çox gərgin əməyi nəticəsidir: “Artıq vətəndaşlar arasında da əvvəlki gərginlik yoxdur. Hər hansı ölkədə belə gərginlik varsa, onlar oradakı səfirliklərə müraciət etsinlər, onların gətirilməsi təmin ediləcək. Hazırda heç bir ölkədə olan vətəndaşlarımız arasında ölkəyə gəlməklə bağlı gərginlik yoxdur”.

Firuzə Vahid

Digər xəbərlər