Salyan Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub

Salyan Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub
  • Clock-gray 11:27
  • calendar-gray 24 Noyabr 2020

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə Qasımov Ramin Əjdər oğlu Salyan Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin edilib.

TƏBİB-dən APA-ya bildirilib ki, Ramin Əjdər oğlu Qasımov Azərbaycan Tibb Universitetində Ümumi cərrahiyyə üzrə internaturanı bitirdikdən sonra Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində fəaliyyət göstərib. Eyni zamanda Türkiyə Cümhuriyyəti Ankara Yüksək İxtisas Klinikasında təkmilləşmə və ixtisasartırma kursları keçib, qastroenteroloji mövzulara həsr olunmuş 50-yə yaxın seminar və təlimlərdə yaxından iştirak edib.

R.Qasımov 2012-ci ildə elmi tədqiqat işini müdafiə edərək Tibb üzrə fəlsəfə doktoru adına layiq görülüb.

 

Əsmər Qabil

Digər xəbərlər