Şamaxıya yağan qar uçquna səbəb olub - FOTO

Şamaxıya yağan qar uçquna səbəb olub - FOTO
  • Clock-gray 14:51
  • calendar-gray 22 Yanvar 2021

Şamaxıya yağan qar uçquna səbəb olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Salman Mümtaz küçəsində qeydə alınıb. Rayon sakini İsmayılova Naibxanım Əliş qızına məxsus fərdi yaşayış evin həyətindəki çardaq yağan qarın ağırlığına tab gətirməyərək uçub.

Uçqun nəticəsində yaşayış evinin giriş qapısının qarşısı kəsildiyi üçün 80 yaşlı Naibxanım İsmayılova evin içində köməksiz vəziyyətdə qalib. Hadisədən xəbər tutan qonşular Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə zəng vuraraq məlumat veriblər. Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları həmin əraziyə cəlb olunub. Evin önünü kəsən dam örtüyü sökülərək hadisə yerindən götürülüb və evdə köməksiz vəziyyətdə qalan qadını xilas olunub.

Şahnəzər Bəşirov

Digər xəbərlər