Səlahiyyətinə aid edilməmiş inzibati xəta haqqında qərar çıxaran vəzifəli şəxslər 2 min manat cərimələnəcək

   Səlahiyyətinə aid edilməmiş inzibati xəta haqqında qərar çıxaran vəzifəli şəxslər 2 min manat cərimələnəcək
# 22 yanvar 2021 14:09 (UTC +04:00)

İnzibati xətalar haqqında işlərə baxılması səlahiyyətinə aid edilməmiş vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə qərarın və ya həmin qərardan verilən şikayətə baxılma haqqında qərarın çıxarılmasına görə cərimə müəyyənləşir.

APA-nın məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 596.4-cü maddədə əksini tapıb.

Layihəyə əsasən, inzibati xətalar haqqında işlərə baxılması səlahiyyətinə aid edilməmiş vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə qərarın və ya həmin qərardan verilən şikayətə baxılma haqqında qərarın çıxarılmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR