TƏBİB: Azərbaycanda tezliklə seroloji testlər aparılacaq

TƏBİB: Azərbaycanda tezliklə seroloji testlər aparılacaq
# 04 iyun 2020 18:13 (UTC +04:00)

Azərbaycanda seroloji testlərin aparılması Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi və xüsusi proqramı ilə planlaşdırılır.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, çox qısa müddətdə xüsusən əhali arasında COVİD-19 xəstəliyinə qarşı inkişaf etmiş immunitetin yoxlanılması üçün aparılacaq işlər gözlənilir: “Bizi xüsusən mart ayından sonrakı dönəmdə xəstəliyə yoluxmuş və sağalmış vətəndaşlarda inkişaf etmiş immunitet çox ciddi şəkildə maraqlandırır. Eyni zamanda belə bir elmi araşdırmalar aparılır ki, ölkə ərazisində noyabr-dekabr aylarında da bu xəstəliyə yoluxan və keçirən olubmu? ÜST-ün dəstəyi ilə tez müddətdə bu cür seroloji araşdırma aparılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR