TƏBİB: Bağçaların və rayonlara gediş-gəlişin açılması hələlik nəzərdə tutulmur

TƏBİB: Bağçaların və rayonlara gediş-gəlişin açılması hələlik nəzərdə tutulmur
# 29 may 2020 19:19 (UTC +04:00)

“Restoranlarda sosial məsafənin qorunmasına həm o yerlərin sahibləri, həm də vətəndaşlar riayət etmirlər”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, bu səbəbdən cərimələrin artırılması barədə layihə təqdim edilib: “Qapalı zalların açılması isə ümumiyyətlə tövsiyə olunmur. Rayonlara gediş-gəliş hələ açılmır”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, uşaq bağçaları üçün metodik göstərişlər hazırlanıb: “Bağçaların hazırda açılması nəzərdə tutulmur. Bağçalar açılan zaman gələcəkdə həmin metodik göstərişlər tətbiq olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR