TƏBİB: Koronavirusdan evdə özünü müalicə ilə əlaqədar ağırlaşma halları çoxdur

TƏBİB: Koronavirusdan evdə özünü müalicə ilə əlaqədar ağırlaşma halları çoxdur
# 15 dekabr 2020 16:01 (UTC +04:00)

“KİV nümayəndələrinə müraciət edirik ki, neqativ hallarla qarşılaşanda bizim qurumlarla əlaqə saxlasınlar”.

APA-nın məlumatına görə, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, evdə koronavirusdan özünü müalicə ilə əlaqədar ağırlaşma halları çoxdur: “Ümumilikdə bu prosesi idarə edə bilirik. Həmkarlarımız bu gün mübarizə aparmaqdadır. Paralel olaraq digər xəstəliklər qalmaqdadır. Qazilərimizin də müalicəsi xəstəxanalarda davam etdirilir. Buna görə də hər birimiz özümüzü qorumalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR