TƏBİB növbədə gözləmə qaydalarını açıqlayıb

TƏBİB növbədə gözləmə qaydalarını açıqlayıb
# 04 iyun 2020 11:38 (UTC +04:00)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19 infeksiyasından qorunmaq üçün növbədə gözləmə qaydalarını açıqlayıb.

TƏBİB-dən APA-ya bildirilib ki, növbədə gözləyərkən digərləri ilə fiziki məsafə saxlanmalı, maska taxılmalı və əllə üzə toxunulmamalıdır: ”Mümkündürsə, istifadə etdiyiniz plastik kartı dezinfeksiyaedici nəm salfetlə silin. Evə qayıtdıqdan sonra əllərinizi su və sabunla yuyun və ya spirt əsaslı məhlulla dezinfeksiya edin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR