TN: Yoluxma müəyyən həddə qədər azalsa, məktəblər adi qaydada fəaliyyət göstərəcək

TN: Yoluxma müəyyən həddə qədər azalsa, məktəblər adi qaydada fəaliyyət göstərəcək
# 17 avqust 2020 18:59 (UTC +04:00)

“Orta məktəblərdə tədrisin hibrid qaydada açılması sanitar normalara əməl etməyimizdən, sosial davranış qaydalarını qorumağımızdan və bunu başqalarından tələb etməyimizdən asılıdır”.

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O bildirib ki, qarşıdakı bir aydan az müddətdə yoluxmanı müəyyən həddə qədər azaltmaq mümkün olsa, məktəblər də adi qaydada fəaliyyət göstərəcək: “Əks halda yox. Yekunda bunu Operativ Qərargah müəyyən edəcək”,- deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR