Təhsil Nazirliyi: Müəllimlərin vaksinasiyası məcburi olmayacaq

Təhsil Nazirliyi: Müəllimlərin vaksinasiyası məcburi olmayacaq
# 26 yanvar 2021 11:02 (UTC +04:00)

"İlkin olaraq yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiya olunması tövsiyə edilir".

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. O qeyd edib ki, Bakı, Abşeron və Sumqayıtda 16 min 698, bölgələrdə isə 32 min 657 müəllimin yaşı 50-dən yuxarıdır.

O qeyd edib ki, müəllimlərin vaksinasiyasında heç bir məcburetmə halı olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR