Vətən müharibəsi şəhidlərinin 35 qohumunun təhsil haqlarının ödənilməsi ilə bağlı müraciətləri həll olunub

Vətən müharibəsi şəhidlərinin 35 qohumunun təhsil haqlarının ödənilməsi ilə bağlı müraciətləri həll olunub
  • Clock-gray 17:08
  • calendar-gray 30 Yanvar 2021

“Ali təhsil alan İkinci Vətən müharibəsi iştirakçılarının təhsil haqları ilə bağlı məsələ yalnız Təhsil Nazirliyinin verdiyi qərardan asılı deyil”.

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandırarkən deyib.

O bildirib ki, bu istiqamətdə bir neçə addım atılıb: ““YAŞAT” Fondu yaradılıb. Ali təhsil müəssisələrinin rəhbərlərinə də tapşırıq verilib ki, həmin vətəndaşlarla bağlı xüsusi yanaşma olsun. Hazırda biz də müəyyən layihələri  hazırlamışıq, müəyyən müzakirələr gedir. Ümid edirəm ki,  bu istiqamətdə irəliyə doğru bir addım atılacaq”.

Nazir qeyd edib ki, indiyədək Vətən müharibəsində şəhid olmuş şəxslərin ali təhsil müəssislərində təhsil alan 35 nəfər qohumlarının – bacı, qardaş və həyat yoldaşlarının  təhsil haqlarının ödənilməsi ilə bağlı müraciətləri həll olunub”.

Əsmər Qabil

Digər xəbərlər