Xidməti müqavilələrlə işləyənlərin icbari tibbi sığortanı ödəməli olduğu müddət uzadılıb

Xidməti müqavilələrlə işləyənlərin icbari tibbi sığortanı ödəməli olduğu müddət uzadılıb
# 27 mart 2020 17:14 (UTC +04:00)

Mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslərin icbari tibbi sığorta ödəməyə başlayacağı müddət uzadılıb.

APA-nın məlumatına görə, bu, “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, həmin şəxslər 2020-ci il aprelin 1-dən icbari tibbi sığorta ödəməyə başlayacaqdı. Dəyişikliyə əsasən, bu müddət 2021-ci il yanvarın 1-dək uzadılıb.

Qeyd edək ki, həmin şəxslər üçün icbari tibbi sığorta haqları 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi həcmində müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR