Yeni yaradılan publik hüquqi şəxslərin işçilərinin təyinatı proseduru müəyyənləşib

Yeni yaradılan publik hüquqi şəxslərin işçilərinin təyinatı proseduru müəyyənləşib
# 30 iyun 2020 15:48 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nazirliyin tabeliyindəki publik hüquqi şəxslərin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə razılıq verəcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün imzalanan fərmanla “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”yə edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, yeni yaradılan publik hüquqi şəxslər - Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə isə publik hüquqi şəxs statuslu Sosial Xidmətlər Agentliyinə keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR