Azərbaycan vətəndaşlarının xaricdə işə düzəldilməsi qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşib

Azərbaycan vətəndaşlarının xaricdə işə düzəldilməsi qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşib
# 18 iyun 2019 16:24 (UTC +04:00)

Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşib.

APA-nın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 576.3 və 576.4-cü bəndləri əlavə edilir.

Sənədin yeni 576.3-cü bəndinə əsasən, Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada iş üçün müraciət edən və ya işlə təmin olunan şəxslərin sayı barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) təqdim edilməməsinə görə, 500 manatadək məbləğdə cərimələnib.

Məcəlləyə yeni əlavə edilən 576. 4-cü bənddə isə qeyd edilib ki, Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən toplanmış informasiya ehtiyatlarına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurum) elektron qaydada qarşılıqlı məlumat mübadiləsinin təmin edilməməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iyunun 19-da keçiriləcək komitə iclasında müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR