Bakıda binadan atıldığı deyilən şəxsin intihara cəhd etdiyi məlum olub - YENİLƏNİB

Bakıda binadan atıldığı deyilən şəxsin intihara cəhd etdiyi məlum olub - YENİLƏNİB
# 09 oktyabr 2019 12:05 (UTC +04:00)

Bakıda yaşayış binasının 5-ci mərtəbəsindən atıldığı deyilən şəxsin intihara cəhd etdiyi məlum olub.

APA-nın məlumata görə, 1999-cu il təvəllüdlü Əzizov Emin Vasif oğlu oktyabrın 8-də 5 mərtəbəli binanın sonuncu mərtəbəsindən özünü ataraq intihara cəhd edib. Araşdırmalar zamanı son günlər ərzində onda psixi pozuntular müşahidə olunub.

Hadisədən dərhal sonra hüquq-mühafizə orqanları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

8 sentyabr, saat 23:40

Bakıda 20 yaşlı oğlanı binadan atıblar.

APA xəbər verir ki, hadisə 5-ci mikrorayon ərazisində qeydə alınıb.

Naməlum şəxs və ya şəxslər 1999-cu il təvəllüdlü Əzizov Emin Vasif oğlunu 20 Yanvar küçəsində yerləşən binaların birinin 5-ci mərtəbəsindən atıblar.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR